Bakıda “Hyundai” və “KaMAZ” toqquşub: xəsarət alan var

Bakıda “Hyundai” və “KaMAZ” toqquşub: xəsarət alan var Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılaraq aidiyyatı üzrə təhvil verilib
Hadisə
14 Dekabr , 2016 07:38
Bakıda “Hyundai” və “KaMAZ” toqquşub: xəsarət alan var

Bakı. 14 dekabr. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində “Hyundai” və “KaMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:28-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi