Bakının Nizami rayonu ərazisində partlamamış hərbi sursat tapılıb

Bakının Nizami rayonu ərazisində partlamamış hərbi sursat tapılıb Bakı. 1 dekabr. REPORT.AZ/ Noyabrın 30-da Bakının Nizami rayonu ərazisində partlamamış hərbi sursat tapılıb.
Hadisə
1 Dekabr , 2018 03:52
Bakının Nizami rayonu ərazisində partlamamış hərbi sursat tapılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Noyabrın 30-da Bakının Nizami rayonu ərazisində partlamamış hərbi sursat tapılıb.

“Report” xəbər verir ki, ANAMA-ya daxil olmuş məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsininəməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Mikayıl Əliyev küçəsinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd əl qumbarası (Mills N36) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Sumqayıtın Corat qəsəbəsində top mərmisi aşkar olunub.

Son xəbərlər

Orphus sistemi