​Bakıdakı “Meyvəli” bazarında yanğın baş verib, ticarət mərkəzinə ciddi ziyan dəyib

​Bakıdakı “Meyvəli” bazarında yanğın baş verib, ticarət mərkəzinə ciddi ziyan dəyib 100 kq-dan çox məhsul məhv olub, 3 maşın zərər çəkib
Hadisə
26 Yanvar , 2016 04:17
​Bakıdakı “Meyvəli” bazarında yanğın baş verib, ticarət mərkəzinə ciddi ziyan dəyib

Bakı. 26 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə gözətçi köşkü, yaxınlıqda duran 2 ədəd "KamAZ" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı yanıb.

Yanğın zamanı, həmçinin yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi də yanıb.

Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, eləcə də, yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın saat 21:29-da söndürülüb.

Son xəbərlər

Orphus sistemi