Bakının məşhur ticarət mərkəzində yanğın olub

Bakının məşhur ticarət mərkəzində yanğın olub Yanğın binanın dördüncü mərtəbəsində baş verib
Hadisə
30 Yanvar , 2016 21:35
Bakının məşhur ticarət mərkəzində yanğın olub

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün 18:00 radələrində Bakının Xətai rayonunda "Amay” ticarət mərkəzində yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın dördüncü mərtəbəsində vətəndaşa məxsus ofisdə qeydə alınıb.

Nəticədə ümumi sahəsi 40 kv.m olan ofisin dəhlizində taxta üzlük 8 kv.m sahədə və üzlüyün altından keçən elektrik kabeli 15 p.m yanıb.

Qalan hissələr yanğından mühafizə olunub. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi