​Bakının mərkəzində ofisdə intihar hadisəsi olub

​Bakının mərkəzində ofisdə intihar hadisəsi olub Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
24 İyun , 2016 18:21
​Bakının mərkəzində ofisdə intihar hadisəsi olub

Bakı. 24 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, 28 May küçəsi 9 ünvanında yerləşən ofisdə qeydə alınıb.

Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Vüsal Rəcəbov özünü öldürmək məqsədi ilə sirkə turşusu qəbul edib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq V.Rəcəb xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi