Bakının mərkəzində oteldə 30 yaşlı kişi bıçaqlanıb

Bakının mərkəzində oteldə 30 yaşlı kişi bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 May , 2017 15:41
Bakının mərkəzində oteldə 30 yaşlı kişi bıçaqlanıb

Bakı. 11 may. REPORT.AZ/ Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı oteldə qeydə alınıb.

Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi