Bakının Xətai rayonunda minaatan mərmisi aşkar olunub

Bakının Xətai rayonunda minaatan mərmisi aşkar olunub Mərmi götürülərək zərərsizləşdirilməsi üçün ANAMA-nin mərkəzi məhvetmə ərazisinə daşınıb
Hadisə
31 avqust 2017 23:06
Bakının Xətai rayonunda minaatan mərmisi aşkar olunub
Foto: ANAMA

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 31-də Bakının Xətai rayonunun NZS qəsəbəsi kimi tanınan ərazisində minaatan mərmisi aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin ərazidə Aşıq Qurban küçəsi 25 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minaatan mərmisinin ətrafında 900 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi