Yuxarı

Bakının mərkəzində küçədə ölən gəncin kimliyi məlum olub - FOTO

Bakının mərkəzində küçədə ölən gəncin kimliyi məlum olub - FOTO

Bakı. 28 iyul. REPORT.AZ/ Ötən gecə Bakının mərkəzində küçədə ölən şəxsin kimliyi məlum olub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “Report”a bildirib ki, ölən şəxs Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynovdur. 

O deyib ki, paytaxtın 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verən ölüm hadisəsi ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınsına çağırış birinci dəfə saat 03.20 radələrində daxil olub. Baş həkimin sözlərinə görə, çağırışı mərhumun dostu edib. 

R.Nağıyev qeyd edib ki, saat 03.36 radələrində həkim briqadası artıq hadisə yerində olub: “Bizdə həm səs yazıları, həm də monitor izlənmə var. Hamısı qeydiyyatdadır. Polis maraqlanıb və 03.37-də təcili yardım orada olub. Biz ora çatanda artıq şəxs dünyasını dəyişmişdi. Ətrafdakılarının dediyinə görə, o, yaxınlıqdakı bardan çıxıb. Dostu çağırış versə də, hadisə yerindən qaçmışdı. Lakin sonra polis onu tapıb gətirib. Polisin sözlərinə görə, ölən şəxs narkotik istifadəçisi olub”.

Baş həkim bildirib ki, içkidən belə sürətli ölüm hadisəsi baş verə bilməz: “Elə olsaydı, həmin şəxsdə ağırlaşma və ya komaya düşmə halları ola bilərdi. Sürətli ölüm halı narkotik qəbulunda qeydə alınır. Meyit aidiyyəti üzrə təhvil verilib, hüquq-mühafizə orqanları məsələni araşdırır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi