Yuxarı

​Bakının mərkəzində kinoteatrdan oğurluq olub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda kinoteatrdan oğurluq edən şəxs tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 23-də saat 21 radələrində Bülbül prospektində yerləşən kinoteatrda Bakı şəhər sakini Ceyhun Nəbiyevə məxsus mobil telefonu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Vaqif oğlu Tağıyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi