Yuxarı

Bakının mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub

Bakı. 4 aprel. REPORT.AZ/ Bakının mərkəzində - Murtuza Muxtarov küçəsi-22 ünvanında hündürmərtəbəli binada baş verən yanğın söndürülüb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın Yasamal rayonu ərazisində, “Caspian Plaza”nın yaxınlığındakı yaşayış binasının 10-cu mərtəbəsində baş verib. İlkin məlumata görə, hadisə baş verən mənzildə yaşayış olmayıb. Mənzildə təmir işləri aparan fəhlələr qızdırıcı cihazı yanılı qoyaraq çıxıb. Ehtimal olunur ki, yanğın məhz qızdırıcının nəzarətsiz qalması səbəbindən baş verib.

ilk xəbər saat 14:22-də yayımlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bakının mərkəzində hündürmərtəbəli binalardan birində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a bildirilib ki, Yasamal rayonu ərazisində, “Caspian Plaza”nın yaxınlığındakı yaşayış binasının damı yanır. Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi