Yuxarı
    Bağlamaq

    Bakının mərkəzində dükandan 40 min manatlıq brilyant qolbağı oğurlanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının mərkəzində qızıl dükanından dəyəri 40 min manat olan brilyant qolbağı oğurlanıb.

    "Report"un xəbərinə görə, hadisə Səbail rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən "Vivid Diamond" mağazasında qeydə alınıb.

    Belə ki, 1980-ci il təvəllüdlü Seymur Kərimova məxsus mağazaya 3 nəfər daxil olaraq satıcının fikrini yayındırıb. Bundan sonra 40 000 manatlıq brilyant qolbağı oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi