Yuxarı

"Piramida plaza"da baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakının mərkəzində binada yanğın olub

Video əlavə olunub


*** 16:53

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

"Report"un reportyoru xəbər verir ki, yanğın 18 mərtəbəli plazanın 14-cü mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.

20 nəfər bina sakini təxliyyə olunub.

Əraziyə 5 yanğınsöndürən maşını, 20 nəfər canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb.


*** 16:44

Bakının mərkəzində binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, Nəsimi rayonu, 28 May küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi