Bakının mərkəzində avtobus yol kənarında duran piyadanı vurub

Bakının mərkəzində avtobus yol kənarında duran piyadanı vurub Sürücü saxlanılıb
Hadisə
142
6 Oktyabr , 2017 03:58
Bakının mərkəzində avtobus yol kənarında duran piyadanı vurub
Foto^ Report.az

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakının mərkəzində sərnişin avtobusu gənc oğlanı vurub.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu ərazisində qeydə alınıb.

Rəşid Behbudov küçəsində yol kənarında dayanan 1992-ci il təvəllüdlü Mənsimov Aqşin Mehman oğlunu 88 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları avtobusun sürücüsünü saxlayıb.

Son xəbərlər

Orphus sistemi