Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürülüb

Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürülüb Bakıda ağaclıq ərazidə yanğın başlayıb.
Hadisə
7 Avqust , 2021 13:10
Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürülüb

Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsinin başlanğıc hissəsindəki yamacdakı ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

“Report”un xəbərinə görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın ərazisinə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları gəliblər. Hazırda yanğının səbəbləri araşdırılır və ərazinin təmizlənməsi işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik leytenantı Ramazan Ramazanov bildirib ki, ərazidə quru kol-kos yanıb: “5-6 şam ağacı qaysıyıb. Yaxınlıqdakı evlərə ziyan dəyməyib, xəsarət alan olmayıb”.

12:40

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

“Report” xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsinin başlanğıc hissəsindəki yamacdakı ağaclıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi