Bakının mərkəzi küçəsində binada yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakının mərkəzi küçəsində binada yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB Bakı. 20 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.
Hadisə
20 Yanvar , 2018 11:09
Bakının mərkəzi küçəsində binada yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. 

"Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir", - məlumatda bildirilir.

FHN-in yaydığı növbəti məlumatda qeyd olunub ki, yanğın, yanğın bölmələri tərəfindən söndürülüb: "İlkin məlumata əsasən, dam örtüyünün yanar kostruksiyaları təqribən 250 m2 sahədə yanıb".

*** 10:26

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakının mərkəzində yaşayış binasının damında başlamış yanğının söndürülməsinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub. “Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, güclü külək səbəbindən yanğının ətrafdakı binalara keçmək ehtimalı var. 

Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Binada yaşayan sakinlər təxliyyə olunub.

*** 09:34

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Səbail rayonu Neftçilər prospektində dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun qarşısının alınması üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi