Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub.
“Report”un xəbərinə görə, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, “Gənclik Mall” Bakının ən böyük ticarət mərkəzidir.
***
Məsələ ilə bağlı “Paşa İnşaat Ticarət Mərkəzləri” qrupundan “Report”a bildirilib ki, “Gənclik Mall”dakı satış əməliyyatı və maliyyə məsələlərinə birbaşa dükanlar məsuliyyət daşıyır: “Gənclik Mall” ticarət mərkəzi dükanları sadəcə icarəyə verir”.