Bakı. 19 avqust. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, qəza paytaxtın Abay Kunanbayev küçəsində qeydə alınıb.
Qəza "Volkswagen Passat" markalı avtomobilin "VAZ – 2107" ilə toqquşması nəticəsində baş verib. Hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.
Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.