Bakıdan rayona qonaq gedən şəxs qohumları tərəfindən döyülüb

Bakıdan rayona qonaq gedən şəxs qohumları tərəfindən döyülüb Sabunçu rayon sakini Yasər İmanov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
15 İyul , 2017 08:26
Bakıdan rayona qonaq gedən şəxs qohumları tərəfindən döyülüb

Cəlilabad. 15 iyul. REPORT.AZ/ Bakıdan rayona qonaq gedən şəxs qohumları tərəfindən döyülüb.

"Report" xəbər verir ki, Bakının Sabunçu rayon sakini 34 yaşlı İmanov Yasər Zakir oğlu Cəlilabad rayonuna qohumlarının yaşadığı Qarazəncirli kəndinə qonaq gedib.

Lakin qonaq getdiyi evdə onunla bir neçə qohumu arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Y.İmanov müxtəlif bədən xəsarətləri alaraq Bakıdakı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi