Yuxarı

Bakıdan Qazaxa qonaq gələn məktəbli çayda batıb - TƏFƏRRÜAT

Bakıdan Qazaxa qonaq gələn məktəbli çayda batıb - TƏFƏRRÜAT
Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb

Qazax. 31 may. REPORT.AZ/ Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb.

Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gəlibmiş. 


***19:16

Qazax rayonunda çayda batan məktəblinin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Ağstafaçayda batan 14-15 yaşlı məktəblinin meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi