Bakıdan Naxçıvana uçan təyyarə məcburən geri qayıdıb - YENİLƏNİB

Bakıdan Naxçıvana uçan təyyarə məcburən geri qayıdıb - YENİLƏNİB Sərnişinlərə bildirilib ki, növbəti reysin nə vaxt uçacağı haqqında hələlik dəqiq məlumat yoxdur
Hadisə
16 İyun , 2016 16:44
Bakıdan Naxçıvana uçan təyyarə məcburən geri qayıdıb - YENİLƏNİB

Bakı. 16 iyun. REPORT.AZ/ Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi məcburən geri qayıdıb.

“Report” xəbər verir ki, iyunun 16-da saat 14:50-də Bakıdan havaya qalxan təyyarə pis hava şəraitinə görə Naxçıvan hava limanına enə bilməyib və Bakıya geri qayıdıb.

Təyyarə sərnişinlərinə bildirilib ki, növbəti reysin nə vaxt uçacağı haqqında hələlik dəqiq məlumat yoxdur.

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, J2 263 nömrəli reyslə uçan E190LR model təyyarə hava limanının üzərində ildırım çaxmasına görə eniş edə bilməyib: "Bu səbəbdən də təyyarə Bakıya geri qayıdıb".

Qurumdan verilən məlumata görə, təxirə salınan reysin nə vaxt yerinə yetiriləcəyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi