​Bakıdan Kazana uçan sərnişinlərin baqajında təhlükəli məhsul aşkar edilib

​Bakıdan Kazana uçan sərnişinlərin baqajında təhlükəli məhsul aşkar edilib Qurudulmuş ot hava limanında zərərsizləşdirilib
Hadisə
7 Mart , 2015 08:53
​Bakıdan Kazana uçan sərnişinlərin baqajında təhlükəli məhsul aşkar edilib

Bakı. 7 mart. REPORT.AZ/ Tatarıstanın paytaxtı Kazan şəhərində təyyarə sərnişinlərinin baqajında qurudulmuş ot aşkar olunub. Təhlükəli məhsul hava limanının utilizasiya sobasında məhv edilib.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Tatarıstan Respublikası üzrə İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, Azərbaycandan Kazana uçan təyyarə sərnişinlərinin əl baqajına baxış zamanı Rusiya ərazisinə gətirilməsinə qadağa qoyulan və karantin altında olan 0,3 kq təhlükəli qurudulmuş ot aşkar edilib.

Son xəbərlər

Orphus sistemi