Bakıdan Gədəbəyə qonaq gedən qadını avtomobil vurub

Bakıdan Gədəbəyə qonaq gedən qadını avtomobil vurub Gədəbəy. 27 avqust. REPORT.AZ/ Bakıdan Gədəbəy rayonuna qonaq gedən 32 yaşlı qadını avtomobil vurub.
Hadisə
27 Avqust , 2018 18:54
Bakıdan Gədəbəyə qonaq gedən qadını avtomobil vurub

Gədəbəy. 27 avqust. REPORT.AZ/ Bakıdan Gədəbəy rayonuna qonaq gedən 32 yaşlı qadını avtomobil vurub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndi ərazisində baş verib. 

Belə ki, Bakıdan kəndə qonaq gələn şəhər sakini, 1986-cı il təvəllüdlü Mehriban Zakir qızı Orucova avtobusdan düşüb yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi