Yuxarı
    Bağlamaq

    ​Bakıdakı yanğında həlak olan şəxslərdən 6 nəfəri dəfn edilib - SİYAHI

    Digər 9 nəfər bu gün və sabah dəfn olunacaq

    Bakı. 20 may. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda 200/36 saylı binada baş verən yanğın zamanı həlak olan şəxslərdən 6 nəfəri dəfn edilib. Bu barədə “Report”a Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.

    Belə ki, Ömər Cavadov (2014-cü il təvəllüdlü), Yaşar Nəcəfzadə (1988), Ayxan Hüseynov (2013), Davud Eyvazov (1999), Ülkər Eyvazova (1995) və Zülfiyyə Şirinovadır (1972).

    Digər 9 nəfər bu gün və sabah dəfn ediləcək.

    Qeyd edək ki, hadisə nəticəsində 15 nəfər ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi