Bakıdakı xristian qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb

Bakıdakı xristian qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
1 May , 2017 11:05
Bakıdakı xristian qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb
DİN

Bakı. 1 may. REPORT.AZ/ Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbiristanlıqlardan dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. E.Məmmədov ilkin izahatı zamanı qəbiristanlıqlardan oğurladığı dəmir əşyaların bir qismini metal qəbulu məntəqələrinə satdığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi