Yuxarı

Bakıdakı parklardan birində dava zamanı bıçaqlanma olub

Bakıdakı parklardan birində dava zamanı bıçaqlanma olub
Hadisəni törədən iki nəfər ərazidən qaçıb
© Courtesy İmage

Bakı. 25 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Bakıxanov qəsəbəsində yerləşən parkda 33 yaşlı Qarayev Şamil Malik oğlu tanımadığı şəxslərlə əlbəyaxa dava edib.

Dava nəticəsində o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən iki şəxs ərazidən qaçaraq uzaqlaşıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 132-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi