​Bakıdakı hotellərdən birində yanğın olub

​Bakıdakı hotellərdən birində yanğın olub 20 televizor aparatı yanıb
Hadisə
4 Avqust , 2015 09:12
​Bakıdakı hotellərdən birində yanğın olub

Bakı. 4 avqust. REPORT.AZ/ Bakıda yerləşən hotellərdən birində yanğın olub. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi rayonunda hotelin texniki otağında 20 ədəd televizor aparatı, 1 ədəd kondisioner 9 kv.m sahədə yanıb. Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi