Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda partlayıcı maddələr aşkar olunub. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Partlayıcı maddələri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Nəbatət bağının işçiləri tərəfindən tapılıb. Bu barədə dərhal FHN-ə məlumat verilib. Hazırda nazirliyin mütəxəssisləri hadisə yerində araşdırma aparır.