Bakıdakı motel otağında intihar edən qadının yanında əmisi oğlu olub

Bakıdakı motel otağında intihar edən qadının yanında əmisi oğlu olub Həmin şəxs saxlanılıb
Hadisə
21 Noyabr , 2014 10:56
Bakıdakı motel otağında intihar edən qadının yanında əmisi oğlu olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Ötən gecə Binəqədi rayonunda yerləşən "Vulkan" motelində baş verən hadisə zamanı qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi məlum olub. Binəqədi Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Şükürova Afaq Rafiq qızının özünü asaraq intihar etdiyi ortaya çıxıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. Ötən gecə "Vulkan" motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Onun əmisi oğlunun adı açıqlanmır.

Məlumatda bildirilib ki, hadisə zamanı A.Şükürovanın yanında olan əmisi  oğlu şübhəli şəxs qismində saxlanılıb. Hazırda onun A.Şükürovanın ölümündə nə dərəcədə iştirak edib-etmədiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi