Bakıdakı məşhur xəstəxananın sosial şəbəkə hesablarını oğurlayan şəxs 1500 manat tələb edib

Bakıdakı məşhur xəstəxananın sosial şəbəkə hesablarını oğurlayan şəxs 1500 manat tələb edib Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıdakı “Milano Hospital” xəstəxanasının sosial şəbəkə hesabları oğurlanıb.
Hadisə
17 Dekabr , 2018 17:23
Bakıdakı məşhur xəstəxananın sosial şəbəkə hesablarını oğurlayan şəxs 1500 manat tələb edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıdakı “Milano Hospital” xəstəxanasının sosial şəbəkə hesabları oğurlanıb.

“Report”un xəbərinə görə, xəstəxananın meneceri Toğrul İsmayılov Nərimanov rayon Polis idarəsinə müraciət edərək rayon ərazisində yerləşən “Milano Hospital” MMC-nın sosial şəbəkələrdə yerləşən səhifələrinin naməlum şəxs tərəfindən ələ keçirildiyini söyləyib. T.İsmayılovun sözlərinə görə, həmin şəxs hesabların geri qaytarılması üçün 1500 manat tələb edərək əks təqdirdə, hospital barədə yalan məlumat yayacağını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi