Bakıdakı məktəblərdən birində təhlükə yaranıb, şagirdlər təxliyyə olunub - YENİLƏNİB

Bakıdakı məktəblərdən birində təhlükə yaranıb, şagirdlər təxliyyə olunub - YENİLƏNİB Hadisə ilə bağlı əlavə məlumat veriləcək
Hadisə
2 Dekabr , 2014 13:14
Bakıdakı məktəblərdən birində təhlükə yaranıb, şagirdlər təxliyyə olunub - YENİLƏNİB

Bakı. 2 dekabr. REPORT.AZ/ Mənşəyi məlum olmayan qaz yayılan məktəbdə şagirdlərdən bir nəfəri zəhərlənib. 1 saylı Şəhər Xəstəxanasından "Report"a verilən məlumata görə, 15 yaşlı Nərmin Məmmədova ağır vəziyyətdə xəstəxananın Toksikologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

İlk xəbər 13:02-də verilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda orta məktəblərin birində mənşəyi məlum olmayan qaz iyi yayılıb. "Report"un məlumatına görə hadisə bir müddət əvvəl sökülən 20 saylı orta məktəbin yeni - Nərimanov rayonu 5 saylı xəstəxananın arxasında yerləşən inzibati binasında baş verib. Məktəbin şagirdləri artıq oradan təxliyyə olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi