Yuxarı

Bakıdakı məktəblərdən birində oğurluq olub

Faktla bağlı araşdırma aparılır

Bakı. 11 may. REPORT.AZ/ Bakıdakı məktəblərdən birində oğurluq olub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə 78 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-dən mayın 9-dək olan müddətdə R.Xanlarova məxsus evdən, N. Məmmədova, Y.Tağıyevə məxsus sexlərdən, 78 saylı orta məktəbdən və daş karxanasından 1880 metr elektrik naqili, təmir-tikinti alətləri və inşaat materialları oğurlamış Bakı şəhər sakini Ramin Həsənov, əvvəllər məhkum olunmuşlar, Cəlilabad rayon sakini Teymur Həsənov və Masallı rayon sakini İntiqam Tahirov tutulublar.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi