Bakıdakı “McDonalds”da narkotik maddə qəbul edən şəxs ölüb

Bakıdakı “McDonalds”da narkotik maddə qəbul edən şəxs ölüb Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır
Hadisə
31 Yanvar , 2017 13:54
Bakıdakı “McDonalds”da narkotik maddə qəbul edən şəxs ölüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıdakı “McDonalds” restoranlarından birində ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.T.Xoyski küçəsində yerləşən restoranında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü R.Məmmədov “McDonalds”ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi