Bakıdakı "Kofein-klub"da qətl törədən şəxsin apellyasiya şikayəti üzrə qərar açıqlanıb

Bakıdakı "Kofein-klub"da qətl törədən şəxsin apellyasiya şikayəti üzrə qərar açıqlanıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb
Hadisə
17 Dekabr , 2016 17:25
Bakıdakı Kofein-klubda qətl törədən şəxsin apellyasiya şikayəti üzrə qərar açıqlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Fətullayev barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, S.Fətullayev apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu il yanvarın 4-də saat 06:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü S.Fətullayev tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Fətullayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi