Bakı. 3 mart. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində bıçaqlama hadisəsi baş verib. “Report” xəbər verir ki, M.Müşfiq küçəsində yerləşən kafedə qəsəbə sakini 32 yaşlı Şahin Musayev həmyaşıdı Adil Hüseynova kürək nahiyəsindən bıçaqla xəsarət yetirib.
A.Hüseynov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ş.Musayev isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.