​Bakıdakı kafelərdən biri yanıb

​Bakıdakı kafelərdən biri yanıb Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
20 İyul , 2015 16:32
​Bakıdakı kafelərdən biri yanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 600 kv.m olan “Dəniz” kafesində yanğın olub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, kafenin yanar konstruksiyaları və əşyaları 170 kv.m sahədə (zal, 3 köməkçi otaq və dam örtüyü) yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi