Yuxarı

​Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.

Bu barədə “Report”a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.

Davaya digər məhbuslar da qarışıb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi