Yuxarı

Bakıdakı “Anadolu” restoranında yanğın olub

Restoran yanğından mühafizə edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda restoranlardan birində yanğın hadisəsi baş verib. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan “Anadolu” restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 paqon metr yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi