Bakıda zibilxanadan avtomat silahı və qumbara tapılıb

Bakıda zibilxanadan avtomat silahı və qumbara tapılıb Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb
Hadisə
17 Oktyabr , 2017 11:49
Bakıda zibilxanadan avtomat silahı və qumbara tapılıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Son xəbərlər

Orphus sistemi