Bakıda “ZİL” “QAZel”ə çırpılıb, 13 nəfər yaralanıb

Bakıda “ZİL” “QAZel”ə çırpılıb, 13 nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
927
20 İyul , 2018 10:00
Bakıda “ZİL” “QAZel”ə çırpılıb, 13 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi