​Bakıda zərgər köşkündə yanğın olub

​Bakıda zərgər köşkündə yanğın olub Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
2 İyun , 2015 14:59
​Bakıda zərgər köşkündə yanğın olub

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan zərgər köşkündə 2 kv.m sahədə əşyalar yanıb və yüksək temperaturdan 2 kv.m sahədə lambirin əriyib. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, köşkün qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi