Bakıda zəncirvari yol qəzası baş verib - VİDEO

Bakıda zəncirvari yol qəzası baş verib - VİDEO Bakıda zəncirvari yol qəzası baş verib.
Hadisə
14 Sentyabr , 2019 21:25
Bakıda zəncirvari yol qəzası baş verib - VİDEO

Bakıda zəncirvari yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza hava limanına gedən yolda qeydə alınıb. Belə ki, qəzada dörd avtomobil - “Lexus”,“Mercedes-Benz”, “VAZ-2106” və “Volkswagen” markalı avtomobillər toqquşub.

“Volkswagen” markalı “99-HT-985” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İbrahim Nağıyev deyib ki, qəza sıxlıq zamanı baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “VAZ-2106” markalı avtomobilin sürücüsü səbəb olub.

Qəzada xəsarət alan olmasa da avtomobillər ziyan dəyib. Hadisə yolda tıxaca səbəb olub.

Vüsal Xaliqoğlu

Son xəbərlər

Orphus sistemi