Bir qədər əvvəl Bakının Ziya Bünyadov prospektində - metronun “Koroğlu” stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Qəza səbəbindən hazırda Böyük Şor qovşağından 20 Yanvar dairəsi istiqamətində tıxac yaranıb”, - məlumatda qeyd olunub.