Yuxarı

Bakıda zəncirvari qəzada 3 nəfər öldü, xəsarət alan var - YENİLƏNİB

​Bakıda zəncirvari qəzada 3 nəfər öldü

1350

© Pexels.com

Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. 

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda, Xocahəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Əliyev Budaq Səfərəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona kürək və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, qəza zamanı həmçinin daha 3 nəfər ölüb.

Orxan Rasifoğlu


***17:37

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

TƏBİB-dən “Report”a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi