​Bakıda zəncirvari qəza baş verib: sürücülərdən biri ölüb

​Bakıda zəncirvari qəza baş verib: sürücülərdən biri ölüb Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır
Hadisə
9 Fevral , 2015 12:24
​Bakıda zəncirvari qəza baş verib: sürücülərdən biri ölüb

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda, “Koroğlu” metrosunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhər sakinləri – 1969-cu il təvəllüdlü Xudaverdi Sadıqovun idarə etdiyi “Mitsubishi” markalı, 1957-ci il təvəllüdlü Nazim Əliyevin idarə etdiyi “Mercedes” markalı və 1967-ci il təvəllüdlü Bəhruz Rüstəmovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə B.Rüstəmov hadisə yerində ölüb, “Mercedes” markalı avtomobilin sərnişini Sevda Əliyeva xəstəxanaya daxil olaraq ambulator müalicədən sonra evə buraxılıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi