Bakıda zəncirvari qəza baş verib, 10 nəfər yaralanıb, 1 körpə ölüb - FOTO

Bakıda zəncirvari qəza baş verib, 10 nəfər yaralanıb, 1 körpə ölüb - FOTO Yaralılar arasında da 3 uşaq var
Hadisə
11 Sentyabr , 2017 02:25
Bakıda zəncirvari qəza baş verib, 10 nəfər yaralanıb, 1 körpə ölüb - FOTO
Foto: Report.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.

Yaralıların siyahısı :

Behbudova Lalə Alı qızı – 28 yaş

Əliyev Rac Fikrət oğlu - 38 yaş

Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş

Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş

Şövqətov Əllədin Hüseynqulu oğlu - 65 yaş

Şövqətova Əminə Zöhrab qızı - 34 yaş

Şövqətova Zaur Əllədin oğlu - 35 yaş

Əliyeva Nəzrin Rac qızı - 11 yaş

Hacıyev Yusif Anar oğlu - 5 yaş

Hacıyev Adəm Bəhrəm oğlu - 3 yaş

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi