Bakıda zarafatlaşan iki gəncdən biri digərini qətlə yetirib - ƏLAVƏ OLUNUB

Bakıda zarafatlaşan iki gəncdən biri digərini qətlə yetirib - ƏLAVƏ OLUNUB Hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində baş verib
Hadisə
21 Dekabr , 2017 00:44
Bakıda zarafatlaşan iki gəncdən biri digərini qətlə yetirib - ƏLAVƏ OLUNUB
Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun 28 May qəsəbəsində yerləşən avtobus dayanacağında qeydə alınıb.

1997-ci il təvəllüdlü Qədirli Çingiz Ramiz oğlu dayanacaqda sərxoş vəziyyətdə olan tanışı ilə zarafatlaşaraq, onu bıçaqlayacağını deyib. Qarşı tərəf bunu ciddi qəbul edib və üzərindəki bıçaqla Ç.Qədirlinin ürək nahiyəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Hazırda Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Mirzağa Yusif oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi