Bakıda yüksək sürətlə gedən maşın işıq dirəyinə dəyərək onu aşırıb, sürücü qaçıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yüksək sürətlə gedən maşın işıq dirəyinə dəyərək onu aşırıb, sürücü qaçıb - FOTO - VİDEO - YENİLƏNİB O, qaçarkən maşının dövlət qeydiyyat nişanını da çıxıb
Hadisə
1148
30 Noyabr , 2017 10:20
Bakıda yüksək sürətlə gedən maşın işıq dirəyinə dəyərək onu aşırıb, sürücü qaçıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 04:20

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "Statistika dairəsi" kimi tanınan ərazidə "Kia Sportage" markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə əməliyyatı edən zaman idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran avtomobilin daha sonra arxa təkər sistemi qırılıb və maşın yoldan çıxıb.

Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, "Kia"nın dövlət qeydiyyat nişanını çıxardaraq hadisə yerindən qaçıb. Polis əməkdaşları qəza baş verən ərazidə olublar. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.

Faktla əlaqədar başlanılan araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi