Bakıda yük yerində mənşəyi bilinməyən heyvan leşləri olan avtomobil saxlanılıb

Bakıda yük yerində mənşəyi bilinməyən heyvan leşləri olan avtomobil saxlanılıb Bakı. 29 dekabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.
Hadisə
29 Dekabr , 2017 13:36
Bakıda yük yerində mənşəyi bilinməyən heyvan leşləri olan avtomobil saxlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb.

Araşdırmlar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi