Yuxarı

Bakıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

Hadisə Binəqədi rayonunda qeydə alınıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda "Shacman" markalı yük avtomobili qəzaya uğrayıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:25-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi