Yuxarı

Bakıda hərbi xidmətdən qayıdan şəxs və onun iki xalası oğlu yolda qəzaya düşərək ölüb - FOTO - YENİLƏNİB-2

Bakıda hərbi xidmətdən qayıdan şəxs və onun iki xalası oğlu yolda qəzaya düşərək ölüb - FOTO - YENİLƏNİB-2
Beyləqandan qayıdan “Daewoo” Ələtdə yük maşınına çırpılıb
© Foto: Report.az

Bakı. 6 iyul. REPORT.AZ/ Bakının Qaradağ rayonunda baş verən hadisənin təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, hadisə Ələt qəsəbəsində, “Shacman” yol kənarındakı yanacaqdoldurma məntəqəsində növbədə durarkən baş verib. Bu zaman “Daewoo” sürətlə gələrək yük maşınına çırpılıb.

“Daewoo”da ümumilikdə 4 nəfər olub. Sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlunu gətirərkən qəzaya düşüblər. Onların hər üçü dünyalarını dəyişiblər. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Həmin şəxs də hərbi xidmətini başa vuraraq evə qayıdırmış.

Ölən qardaşlardan biri ailəli olub və bir övladı var.


***04:47

Bakı. 6 iyul. REPORT.AZ/ Gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report"un əldə etdiyi məlumata görə, "99-AU-738" dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik maşınının hərəkətdə olarkən "01-AD-145" dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Lakin sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Sözügedən şəxslər hərbi xidmət müddəti başa çatmış şəxsi evinə gətirirlərmiş. Ölənlər arasında həmin əsgərin olub-olmadığı hələ ki, məlum deyil.


***03:04

Bakı. 6 iyul. REPORT.AZ/ Gecə saatlarında Bakının Qaradağ rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik maşınının toqquşması nəticəsində qeydə alınıb.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1 saylı Kliniki Tibbi Mərkəzdən "Report"a verilən məlumata görə, hadisə zamanı daha iki nəfər ağır yaralanıb. Onlar xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi